image-5929034805913784833-1backend

Yunanıstan və İspaniya Ukraynaya “Patriot” raketlərinin verilməsinə müqavimət göstərir

Yunanıstan və İspaniya NATO və Avropa İttifaqının Ukraynaya istismar müddəti başa çatmaq üzrə olan “Patriot” hava hücumundan müdafiə raketlərinin verilməsi ilə bağlı təzyiqlərinə qarşı çıxır.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, Yunanıstanın istismar müddətinin sonuna yaxınlaşan ən azı 200 PAC-2 tipli raketi var. İspaniya isə Ukraynaya cəmi beş raket verməyi öhdəsinə götürüb.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın qışda enerji infrastrukturuna mümkün hücumlarından müdafiə olunmaq üçün 300–360 ədəd “Patriot” raketinə ehtiyac duyduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki