İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkəti “Starlink Mobile” xidmətini genişləndirmək və ABŞ-ın əsas mobil rabitə operatorlarından birinə çevrilmək məqsədilə radiofrekans spektri lisenziyalarını almaq barədə razılığa gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, CBS News-un məlumatına görə, razılaşma “Starlink”ə peyk rabitəsini yerüstü şəbəkələrlə birləşdirərək binaların daxilində də mobil rabitə təmin etmək imkanı verə bilər. Bu, ənənəvi telekommunikasiya operatorları ilə rəqabəti gücləndirə bilər.
Sövdələşmənin baş tutması üçün ABŞ Federal Rabitə Komissiyasının (FCC) təsdiqi tələb olunur. Qeyd edək ki, komissiya mobil telefonlarla birbaşa əlaqə yarada bilən 15 min “Starlink” peykinin orbitə buraxılmasına artıq icazə verib.
Rauf
























