Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus təyyarənin ikinci pilotunun İsrailin Ben Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığı iddia edilir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib.
Onun sözlərinə görə, istintaq zamanı Oman vətəndaşı olan ikinci pilotun əvvəlcədən planlaşdırılmış terror aktı törətməyə cəhd etdiyi müəyyənləşib. İddialara əsasən, pilot təyyarənin idarəsini ələ keçirmək və mümkün qədər çox insanın ölümünə səbəb olmaq məqsədilə Ben Qurion hava limanının sərnişin terminalında intihar hücumu həyata keçirmək niyyətində olub.
Bildirilib ki, pilot ekipaj üzvləri və sərnişinlər tərəfindən zərərsizləşdirilib. Bundan sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib.
Rauf
























