image-iran_2025-768x403backend

İranda partlayış: Bir neçə polis əməkdaşı yaralanıb

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində baş verən partlayış nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, yol kənarına yerləşdirilən partlayıcı qurğu polis avtomobili ərazidən keçərkən işə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qeyd edək ki, bundan əvvəl Faryab şəhərində polis zabiti güllələnmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki