Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti Tomoko Akane məhkəmənin xarici təhdidlər qarşısında geri çəkilməyəcəyini bəyan edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, bu cür təhdidlər beynəlxalq ictimaiyyəti narahat edən ən ağır cinayətləri törədən şəxslərin maraqlarına xidmət edir.
Tomoko Akane məhkəmənin öz mandatını tam şəkildə, müstəqil və qərəzsiz həyata keçirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu prinsip qurbanların hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rauf
























