İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağı və Livanda hərbi məqsədlərin hələ tam həyata keçirilmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir Qəzza zolağında müharibənin necə başa çatmalı olduğu ilə bağlı fikirlərini də açıqlayıb.
“Qəzzada işi hələ başa çatdırmamışıq. Livanda da işi bitirməmişik. Bu, necə başa çatmalıdır? Mənim üçün cavab ‘köçün təşviq edilməsi’ və Qəzza zolağının bütün ərazisində məskunlaşmanın qurulmasıdır”, – deyə nazir bildirib.
Rauf
























