ABŞ-ın vitse-prezidenti Cey Di Vens demokratları 2024-cü il prezident seçkilərində Donald Trampın inamlı qələbəsindən sonra siyasi mövqelərini dəyişməməkdə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vensin sözlərinə görə, demokratlar daha mülayim mövqe tutmaq, qadın və kişilərin idman yarışlarında iştirakına dair yanaşmalarını dəyişmək, eləcə də iqtisadi rifahı artıran siyasətlər hazırlamaq əvəzinə əvvəlki mövqelərini daha da gücləndiriblər.
Vens demokratları ucuz işçi qüvvəsinə, açıq sərhəd siyasətinə və transgender qadınların qadınlar üçün nəzərdə tutulan idman yarışlarında iştirakını dəstəkləməyə davam etməkdə ittiham edib.
“İnsanların rəğbətini qazanmağın yolu bu deyil. Ölkəni idarə etmək də belə olmamalıdır”, – deyə vitse-prezident bildirib.
Rauf
























