image-yenot-1-768x403backend

Yenotlar 1 aya yaxındır evin damında yaşayır

Lənkəranda evlərin birinə yenotlar girib.

Bir aya yaxındır evin damında yaşayan yenotlar buranı yararsız hala salıb.

Ev sahibinin qohumu Samid Qədimov bildirib ki, yenotların insanlara hücum etmək ehtimalı olduğundan uşaqlar həyətə düşə bilmir, bu səbəbdən də ailə yaxınlarının evinə sığınıb.

Təşvişə düşən vətəndaşlar aidiyyəti qurumlara müraciət etsə də, nəticə olmadığını bildiriblər.

Qeyd edək ki, sözügedən evin arxasında uşaq bağçasının yerləşməsi də narahatlıq yaradır.// Qafqazinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki