image-karantin-yumshalbackend

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan əvvəl 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki