Bakıda, Yasamal rayonu, 98 nömrəli uşaq bağçasında azyaşlıya psixotrop maddə verilməsi iddiası qeydə alınıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ilkin ehtimalara görə, hadisə uşaq bağçadan evə gedərkən baş verib. Valideynlər uşağın davranışındakı dəyişiklikləri müşahidə etdikdən sonra onu xəstəxanaya aparıblar. Müayinələrin nəticəsi olaraq uşağın qanında psixotrop maddə aşkarlanıb.
Hadisənin baş verdiyi bağçada hazırda araşdırmalar aparılır. Təhsil Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı müvafiq tədbirlər görülür və araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edildiyi bildirilir.
Bir valideyn hadisə barədə bildirib:
“Mən özüm aparıb gətirirəm. Bu gün üç ay gətirmədi bu uşaq. İndi üç ay gətirmədi, yəni bu gün gətirmədi. Yəni, üç ay bundan qabaqdan da beləydi. Yəni, üç ay gətirmədi. İndi iki dəfədir eşidirəm, ona görə narahat oldum ki, elə bil bir şeydir.”
Digər bir valideyn isə:
“İndi eşidim, hə, indi qorxdum, amma belə, narahatçılıq yoxdur. Hər şey yaxşıdır, nə bilim, qidalar yaxşıdır, hə, yaxşıdır, razıyam. Müəllimlərdən razıyam, nə bilim, vallah, narahatçılıq görməmişəm. İndi iki dəfə də eşidirəm, ona görə narahat oldum ki, elə bil bir şeydir.”
Jalə
























