Yaponiya erkən seçkilərə gedirbackend

Yaponiya erkən seçkilərə gedir

Nümayəndələr Palatası növbəti sessiyanın əvvəlində buraxılıb. Bu, son 60 ildə ilk dəfədir.

İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir Sanae Takaichinin kabineti 465 yerlik palatanın buraxılmasını təsdiqləyib. Hökumət 8 fevralda növbədənkənar ümumi seçkilərin keçirilməsinə qərar verib. Seçkilər palatanın buraxılmasından cəmi 16 gün sonra keçiriləcək ki, bu da müharibədən sonrakı dövrdə ən qısa müddətdir.

Qərar seçicilərə az vaxt verilməsi səbəbilə tənqid edilib. Rəsmi seçki kampaniyası gələn həftənin çərşənbə axşamı başlayacaq. Baş nazir seçkilərin erkən keçirilməsini yeni hakim koalisiyaya ictimai dəstəyin zəifliyi ilə izah edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki