Polşanın xarici işlər naziri Radoslav Sikorski orta müddətli perspektivdə Rusiyadan artıq panikaya düşməyə ehtiyac olmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Rusiya təhlükəsi realdır, lakin bu ölkənin gücü göründüyü qədər böyük deyil”, – deyə nazir qeyd edib.
Sikorskinin sözlərinə görə, əgər Avropa ölkələri Haaqa və Ankara sammitlərində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr, onilliyin sonuna qədər Almaniya, Polşa və digər ölkələr elə hərbi qüvvələrə malik olacaqlar ki, Vladimir Putin onlarla uğurla qarşı-qarşıya gələ bilməyəcək.
Rauf
























