Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın Qərb üzərində hökmranlıq qurmaq niyyətində olduğunu, lakin bunun üçün kifayət qədər iqtisadi gücə malik olmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Rusiyanın bizə hökmranlıq etmək niyyəti var, lakin buna nail olmaq üçün iqtisadi gücü yoxdur. Bu, ötən əsrin 1980-ci illərindəki vəziyyətə çox bənzəyir”, – deyə nazir qeyd edib.
Vadeful Rusiyanın lazımi dəyərlərə və siyasi sabitliyə də malik olmadığını vurğulayıb.
O əlavə edib ki, Qərb də hücumlara məruz qalır, lakin uzunmüddətli perspektivdə demokratiya, qanunun aliliyi və mövcud dəyərlər sistemi Rusiya rejimindən daha dayanıqlıdır.
Jalə
























