İsrail artan dron təhdidləri fonunda fiber-optik kabellərlə və SIM kartlar vasitəsilə idarə olunan dronların mülki hava məkanında istifadəsini altı ay müddətinə qadağan etməyə hazırlaşır.
İNFOAZ.MEDİA xəbər verir ki, qərarın Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənməsindən sonra müdafiə naziri İsrael Katzın müvafiq göstərişi imzalaması gözlənilir.
Qadağa elektron müdaxiləyə davamlı olan fiber-optik dronları və mobil şəbəkələr üzərindən idarə edilən aparatları əhatə edəcək. Bu tip dronların radarlar tərəfindən aşkarlanması, elektron maneələrlə sıradan çıxarılması və ələ keçirilməsi çətin hesab olunur.
İsrail tərəfi bu addımı mülki dronların sayını azaltmaqla potensial düşmən aparatlarının daha asan aşkarlanmasına şərait yaratmaq məqsədilə atır. Təhlükəsizlik qüvvələri və Mülki Aviasiya İdarəsi tərəfindən təsdiqlənmiş uçuşlar qadağadan istisna ediləcək.
Məlumata əsasən, müvəqqəti məhdudiyyət lazer sistemləri, süni intellekt əsaslı hədəfləmə və dronları fiziki şəkildə zərərsizləşdirən vasitələr də daxil olmaqla, uzunmüddətli müdafiə tədbirləri hazırlanarkən tətbiq olunacaq.
Jalə
























