image-5940515038747627470backend

Tramp naməlum dənizçinin məsləhəti ilə milyardlarla dollarlıq hərbi layihəni dəyişə bilər

ABŞ Prezidenti Donald Trampın 2017-ci ildə görüşdüyü, kimliyi hələ də müəyyənləşdirilməyən dənizçinin fikirləri ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilərinin modernləşdirilməsi planlarına təsir edib.

İNFOAZ.MEDİA-nın “The Wall Street Journal”a istinadən yaydığı məlumata görə, Trampın “Bill Cons” adlandırdığı dənizçi ənənəvi buxar katapultlarının elektromaqnit sistemlərindən daha etibarlı və təmirinin daha asan olduğunu bildirib.

Bu söhbətdən sonra Tramp müasir elektromaqnit sistemlərinin əvəzinə köhnə texnologiyaya qayıdılması ideyasını dəfələrlə gündəmə gətirib.

2026-cı ilin avqustunda administrasiya Hərbi Dəniz Qüvvələrinə 2034-cü ildə donanmaya qoşulması gözlənilən CVN 81 təyyarədaşıyan gəmisində buxar katapultlarının və hidravlik liftlərin quraşdırılması imkanlarını, xərclərini və müddətini qiymətləndirməyi tapşırıb.

Hərbi mütəxəssislər isə belə bir dəyişikliyin milyardlarla dollara başa gələ biləcəyini və texniki çətinliklər yaradacağını bildirirlər. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi elektromaqnit katapultlarının sınaqlarda buxar sistemlərindən daha yüksək nəticə göstərdiyini də qeyd edib.

Maraqlıdır ki, rəsmilər Trampın qərarına təsir etdiyi bildirilən dənizçinin kimliyini indiyədək müəyyənləşdirə bilməyiblər.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki