Macarıstan parlamenti keçmiş baş nazir Viktor Orbanın 2021-ci ildə tətbiq etdiyi LGBTQ əleyhinə tədbirlərin, o cümlədən homoseksuallığın və transgender kimliklərin təsvirinə qoyulan məhdudiyyətlərin ləğvinə səs verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir Peter Magyarın rəhbərlik etdiyi hökumət bu dəyişiklikləri Orban dövründə qəbul edilmiş qanunların aradan qaldırılması istiqamətində atılan addımlar çərçivəsində qəbul edib.
Bundan qısa müddət sonra Avropa İttifaqı dondurulmuş 4,2 milyard avro vəsaitin sərbəst buraxılmasına razılıq verib.
Rauf
























