Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan danışıq zamanı husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib, həlak olanların ailələrinə başsağlığı verib.
Türkiyə lideri ölkəsinin Səudiyyə Ərəbistanına dəstəyini bir daha təsdiqləyib və krallığın mövcud böhranı geridə qoyacağına əminliyini ifadə edib.
Jalə
























