ABŞ Prezidenti Donald Trampın yeni mətbuat katibi Keti Zaxariya Ağ Evdə keçirdiyi ilk brifinqdə diqqətçəkən səhvə yol verib.
İNFOAZ.MEDİA xəbər verir ki, ailəsi haqqında danışan Zaxariya təsadüfən ərini “prezidentim” adlandırıb, daha sonra isə dərhal düzəliş edərək “üzr istəyirəm, ərim” deyib.
Zaxariya çıxışında Trampın fəaliyyətini tərifləyib, onun bütün vədlərini yerinə yetirdiyini bildirib. O, həmçinin Respublikaçıların seçki mitinqlərindən danışıb.
Brifinq zamanı cəmi üç jurnalistin suallarını cavablandıran mətbuat katibi ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb-dayandırmadığı barədə suala konkret cavab verməyib.
Zaxariya daha sonra Trampın Alyaskaya səfərini əsas gətirərək brifinqi başa çatdırıb.
Rauf
























