image-5969525734650875747backend

Ukrayna taxıl daşıyan yük maşınlarını Rusiya dronlarından qorumaq istəyir

Ukrayna taxıl ixrac edən yük maşınlarının Rusiya dronlarının hücumlarından qorunması məqsədilə gömrük yoxlamalarının sərhəddən Avropa İttifaqı ölkələrinin ərazisinə köçürülməsini təklif edib.

İNFOAZ.MEDİA-nın “Financial Times”a istinadən yaydığı məlumata görə, Kiyev bu məsələ ilə bağlı Polşa və Slovakiya ilə danışıqlar aparır. Məqsəd yük maşınlarının sərhəd keçidlərində növbədə gözlədiyi zaman hücumlara məruz qalma riskini azaltmaqdır.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixı bildirib ki, Rusiya Ukraynanın sərhədlərini və nəqliyyat-logistika infrastrukturunu hədəfə alır. Kiyev Polşa ilə razılaşmanın mümkün qədər tez əldə olunmasına çalışır.

Məlumata görə, Ukrayna artıq Moldova ilə birgə sərhəd nəzarəti mexanizmi yaradıb və bu təcrübəni digər qonşu ölkələrlə də genişləndirmək istəyir.

Ukraynanın taxıl ixracı limanlara və dəniz nəqliyyatına edilən hücumlar səbəbindən çətinləşib. Ölkə alternativ olaraq avtomobil yollarından, dəmir yollarından və Dunay çayı vasitəsilə daşımalarından daha çox istifadə etməyə məcbur qalır.

Bununla yanaşı, Polşa və Slovakiya Ukrayna taxılının öz daxili bazarlarına idxalına məhdudiyyətlər tətbiq etsələr də, digər ölkələrə tranzit daşımalarına müəyyən şərtlərlə icazə verirlər.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki