putinbackend

Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqları gündəmdədir

Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması üçün mümkün danışıqların açılması ehtimalını müzakirə edir.

İNFOAZ.MEDİA xəbər verir ki, Avropa liderləri cəbhədə son dövrlərdə baş verən dəyişiklikləri, Rusiyanın artan itkilərini və Ukraynanın uğurlu pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələri nəzərə alaraq prezident Volodimir Zelenskinin mövqeyinin gücləndiyini düşünürlər. Bu vəziyyətin Rusiya prezidenti Vladimir Putin üzərində danışıqlara getmək üçün əlavə təzyiq yarada biləcəyi bildirilir.

Qeyd olunur ki, Almaniya , Fransa və Böyük Britaniya arasında aparılan müzakirələr hələ ilkin mərhələdədir.

Bildirilib ki, Rusiya ilə hər hansı bir birbaşa danışıqlara başlama ilə bağlı yekun qərar yalnız Ukraynanın özünə məxsus olacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki