image-fidanbackend

Türkiyə XİN başçısı: İran və ABŞ atəşkəs istəyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və ABŞ arasında aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, həm Vaşinqtonun, həm də Tehranın atəşkəsə nail olmaq və Hörmüz boğazının yenidən açılmasını təmin etmək niyyətində olduğuna inanır. Onun sözlərinə görə, hər iki tərəf danışıqlarda səmimidir və bölgədə gərginliyin azalmasını istəyir.

Türkiyəli nazir bununla yanaşı, İsrailin niyyətləri ilə bağlı əmin olmadığını qeyd edib. O bildirib ki, İsrailin regionda sabitliyin bərqərar olmasını istədiyinə dair ciddi şübhələr mövcuddur.

Fidan vurğulayıb ki, diplomatik səylərin davam etdirilməsi və Hörmüz boğazının açılması regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki