Rəcəb Tayyib Ərdoğan türk dünyasının həmrəyliyinin strateji əhəmiyyətini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Prezidenti bildirib ki, regionda baş verən böhranlar türk dövlətlərinin birgə fəaliyyətinin vacibliyini bir daha göstərib. O, xüsusilə Fələstin, Livan, İran və Ukraynadakı hadisələrin müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini zəruri etdiyini qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə yüksək texnologiyalar əsasında formalaşdırdığı müdafiə sənayesi təcrübəsini təşkilata üzv ölkələrlə bölüşməyə hazırdır.
Rauf























