Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan İHA-230 supersonik hava buraxılışlı ballistik raketlərinin ilk partiyasını qəbul edib. ROKETSAN tərəfindən hazırlanan raketlərin sayı açıqlanmayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İHA-230-un 150 kilometrdən artıq uçuş məsafəsinə, Mach 4+ sürətinə və 42 kiloqramlıq döyüş başlığına sahib olduğu bildirilir. Sistem xüsusilə Bayraktar AKINCI pilotsuz uçuş aparatlarından buraxılmaq üçün nəzərdə tutulub.
Raketin əsas hədəfləri arasında radar sistemləri, komanda mərkəzləri və zirehli texnika kimi yüksək dəyərli hərbi obyektlər yer alır.
Rauf
























