ABŞ Prezidenti Donald Trampın Sülh Şurası Konqres və Vaşinqtondakı beyin mərkəzləri ilə əlaqələrin qurulmasına Şelli Qrinspəni (Shelley Greenspan) təyin edib. O, əvvəllər Co Baydenin Ağ Ev administrasiyasında çalışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Təyinatın məqsədi Trampın Qəzza ilə bağlı sülh planına ikipartiyalı dəstəyi artırmaqdır. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl müəyyən addımlar atmaqdan imtina etməsi planın irəliləməsini ləngidib.
Məlumata görə, seçkilər başa çatdıqdan və İsraildə yeni hökumət formalaşdıqdan sonra planın yenidən fəallaşacağı gözlənilir.
Rauf
























