ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasında qəbul edilən və onun hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qərarı kəskin tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, Nümayəndələr Palatası İranla bağlı yekun danışıqların getdiyi bir vaxtda onun müharibə səlahiyyətlərini məhdudlaşdırmağa səs verib. O, qərarı dəstəkləyən demokratları və dörd respublikaçı konqresmeni hədəf alaraq bu addımı “vətənpərvərliyə zidd” adlandırıb.
ABŞ lideri demokratların “Tramp sindromu” ilə hərəkət etdiyini iddia edərək, onların ölkənin uğur qazanmasındansa, özünün siyasi qələbə əldə etməsinin qarşısını almağa çalışdıqlarını bildirib.
Tramp həmçinin qərarı dəstəkləyən dörd respublikaçı qanunvericini “özünü göstərməyə çalışan siyasətçilər” adlandırıb və onların bu mövqeyə görə utanmalı olduqlarını vurğulayıb.
Rauf
























