trampbackend

Tramp süni intellektlə bağlı yeni fərman imzaladı

ABŞ prezidenti Donald Tramp süni intellekt və kibertəhlükəsizlik sahəsinə dair yeni, lakin əvvəlki versiyadan daha yumşaldılmış icraedici fərman imzalayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, qərara əsasən, süni intellekt şirkətləri güclü yeni modelləri ictimai istifadəyə verilməzdən 30 gün əvvəl hökumətə təqdim etməlidirlər.

Bu tələb əvvəl müzakirə edilən 90 günlük yoxlama müddətindən daha qısa müddəti nəzərdə tutur.

Məlumata görə, bu addım süni intellekt texnologiyalarının təhlükəsizlik risklərinin qiymətləndirilməsi və dövlət nəzarətinin təmin olunması məqsədini daşıyır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki