ABŞ Prezidenti Donald Tramp İran və ABŞ arasında aparılan danışıqlarla bağlı yayılan iddiaları təkzib edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, İran İslam Respublikası ilə ABŞ-ın son günlərdə danışıqları dayandırması barədə yayılan “feyk xəbərlər” doğru deyil.
Onun sözlərinə görə, tərəflər arasında əlaqə davamlı şəkildə saxlanılıb və son dörd gün ərzində də – o cümlədən bir neçə gün əvvəl və bu gün – müzakirələr fasiləsiz olaraq aparılıb.
Tramp qeyd edib ki, danışıqların nəticəsinin necə olacağı hələlik bəlli deyil, lakin İran tərəfinə “razılaşma vaxtının çatdığı” mesajını verdiyini vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, İranla bağlı vəziyyət 47 ildir davam edir və bunun bu şəkildə davam etməsinə icazə verilməməlidir.
Rauf
























