image-eiifxcr3u5jrddsec6a2kgneaabackend

Tramp: “Bu, tarixdə ən böyük təyyarə sifarişi ola bilər”

Donald Tramp Çinə səfəri və ticarət münasibətləri ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, ABŞ ilə Çin arasında bir sıra böyük ticarət razılaşmaları əldə olunub və bu çərçivədə yüzlərlə təyyarə və mühərrik sifarişləri nəzərdə tutulur. Trampın sözlərinə görə, söhbət təxminən 200 Boeing təyyarəsi, ümumilikdə isə 750-yə qədər əlavə sifariş perspektivindən gedir.

O həmçinin qeyd edib ki, “General Electric” şirkətinin təyyarə mühərrikləri də bu razılaşmalara daxildir və təxminən 400–450 mühərrik sifarişi nəzərdə tutulur. Tramp bu razılaşmanın dünyanın ən böyük aviasiya sifarişlərindən biri ola biləcəyini deyib və Çin tərəfinin “yaxşı icra” göstərməsi halında rəqəmlərin daha da artacağını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki