image-35926b3f74d729dc51ca6331aad642bdbackend

Texnologiya nəhənglərinə hücum: məxfi sənədlər sızdırıldı

Apple, Nvidia, Tesla və LG-nin əsas təchizatçılarından olan Çin şirkəti Luxshare haker hücumuna məruz qalıb. Məlumata görə, hakerlər 2019–2025-ci illəri əhatə edən terabaytlarla məxfi məlumatı ələ keçiriblər.

İNFOAZ.MEDİA xəbər verir ki, hücumun məsuliyyətini RansomHub qruplaşması üzərinə götürüb və məlumatların qaytarılması üçün fidyə tələb edib. Sızmanın gələcək məhsul və texnologiyalarla bağlı məxfi planları əhatə etdiyi bildirilir.

Hadisə ilə bağlı AppleLuxshare hələlik açıqlama verməyiblər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki