image-jbackend

Telefon uşağın əlində partladı – ANBAAN VİDEO

Evdə telefonla oynayan azyaşlının əlində cihaz qəfil partlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,hadisə anı evdə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlardan göründüyü kimi, uşaq divanda oturaraq telefonla oynayarkən cihaz birdən partlayır və alovlanır. Qorxuya düşən uşaq dərhal ayağa qalxaraq telefondan uzaqlaşır.

Mütəxəssislər bildirirlər ki, mobil telefonların həddindən artıq qızması və ya batareyada yaranan nasazlıq belə partlayışlara səbəb ola bilər.

Ekspertlər valideynlərə xəbərdarlıq edərək qeyd edirlər ki, uşaqların telefon və digər elektron cihazlardan istifadə zamanı nəzarətdə saxlanılması vacibdir.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki