Tanınmış rusiyalı teleaparıcı və aktrisa Veronika Qaniç 59 yaşında vəfat edib. Onun ölüm xəbəri əməkdaşlıq etdiyi televiziya layihəsinin komandası tərəfindən sosial şəbəkədə təsdiqlənib.
İNFOAZ.MEDİA xəbər verir ki, paylaşımda bildirilib ki, bu ağır itki layihə kollektivi üçün böyük kədər doğurub.
Qeyd olunub ki, Veronika Qaniçin enerjisi və xatirəsi onun başladığı işlərdə yaşayacaq və həmin işlər onun xatirəsinə davam etdiriləcək.
Komanda mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Rauf

























