ABŞ tərəfindən aparılan araşdırma nəticəsində Sudanın Nyala hava limanında Çin istehsalı olan BZK-005E müşahidə dronu müəyyən edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, 6 may 2026-cı il tarixli peyk görüntüləri əsasında aşkarlanan pilotsuz uçuş aparatı təsdiqlənib.
Bildirilib ki, 40 saat havada qala bilən və 2 400 kilometr uçuş məsafəsinə malik BZK-005E dronu RSF (Sürətli Dəstək Qüvvələri) üçün əhəmiyyətli texnoloji üstünlük hesab olunur.
Araşdırmada qeyd edilir ki, pilotsuz aparatın Sudana BƏƏ-də fəaliyyət göstərən silah brokeri vasitəsilə çatdırıldığı ehtimal olunur. Bu isə BMT-nin Darfur bölgəsinə tətbiq etdiyi silah embarqosunun pozulması kimi qiymətləndirilir.
Məlumata əsasən, Nyala hava limanı 2024-cü ilin sonlarından etibarən Çin istehsalı olan dronların istifadə edildiyi əsas mərkəzlərdən biri kimi tanınır.
Rauf

























