SpaceXbackend

SpaceX Starlink şəbəkəsini genişləndirir

SpaceX bazar günü Falcon 9 raketi ilə Starlink qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 25 mini-peyki orbitə çıxarıb. Şirkətin açıqlamasında bildirilib ki, bu buraxılış ilin əvvəlindən etibarən Starlink peyklərinin yeddinci startıdır.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasının SLC-4E start meydançasından Sakit okean vaxtı ilə saat 09:30-da havaya qalxıb. Təxminən bir saat sonra peyklər raketin ikinci mərhələsindən ayrılaraq planlaşdırılan orbitə yerləşdirilib.

Buraxılış çərçivəsində Falcon 9 raketinin altıncı dəfə istifadə olunan birinci mərhələsi Sakit okeanda yerləşən “Of Course I Still Love You” adlı pilotsuz platformaya uğurla şaquli eniş edib.

Qeyd edək ki, 2019-cu ilin may ayından bu günədək SpaceX 11 mindən çox Starlink peyki buraxıb. Onlardan bir qismi sıradan çıxsa da, 9500-dən artıq peyk hazırda orbitdə fəaliyyət göstərir.

SpaceX Yer kürəsinin bütün nöqtələrini genişzolaqlı internetlə təmin etmək məqsədilə 12 min peykdən ibarət, gələcəkdə isə 34 minə qədər genişlənəcək orbital şəbəkə yaratmağı planlaşdırır. Layihəyə qoyulan ümumi investisiyanın təxminən 10 milyard dollar olduğu bildirilir.

Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki