ABŞ-a məxsus C-17A Globemaster III tipli ağır hərbi-nəqliyyat təyyarələri Yaxın Şərqə intensiv uçuşlar həyata keçirir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Flightradar24 məlumat verib.Aviasiya resursunun məlumatına görə, son 24 saat ərzində ən azı altı belə təyyarə regiona göndərilib.
Məlumata əsasən, ABŞ-ın kontinental ərazisindən havaya qalxan hərbi yük daşıyan təyyarələr İordaniyadakı Müvəffəq Salt, Qətərdəki Əl-Udeyd, Küveytdəki Əli Əs-Salem və Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazalarına eniş edib. Qeyd olunur ki, son bir həftə ərzində C-17A təyyarələri Yaxın Şərqə hərbi yük daşımaqla təxminən 20 uçuş həyata keçirib.
Bununla yanaşı, düşmənin rabitə, naviqasiya və radar sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş ABŞ-a məxsus EA-37B radioelektron mübarizə təyyarəsinin də Yaxın Şərqdə yerləşdirildiyi bildirilir.
Mümkün İran əks-hücumlarından müdafiə məqsədilə regiona əlavə hava hücumundan müdafiə sistemləri göndərilir. Bunlara “Patriot” zenit-raket kompleksləri və THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemləri daxildir.
Rauf
























