image-1x-1-1backend

Si Cinpinin BRICS sammitində insult keçirməsi ilə bağlı iddialar saxta çıxıb

Çin Prezidenti Si Cinpinin Yeni Dehlidə keçirilən BRICS sammiti zamanı huşunu itirməsi və ya insult keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların saxta olduğu bildirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi rəsmi “Fake Alert” yayaraq sözügedən paylaşımları “zərərli” adlandırıb.

Məlumata görə, şayiələr Çindən mühacirətdə yaşayan müxalifət nümayəndəsindən qaynaqlanıb. Daha sonra Si Cinpinin qala yeməyində iştirak etməməsi və Hindistanın Baş naziri Narendra Modinin çıxışı zamanı fasilə verdiyini göstərən videonun yayılması iddiaları daha da genişləndirib.

Sonradan videodakı məqamın Si Cinpinin tibbi problemi ilə deyil, tərcümə üçün istifadə olunan qulaqlıqda yaranmış problemlə bağlı olduğu bildirilib.

Si Cinpin sammitin hər iki günündə iştirak edib, Modi ilə ikitərəfli görüş keçirib və tədbirdən planlaşdırıldığı vaxt ayrılaraq Pekinə qayıdıb.

Cənubi Afrika Prezidenti Siril Ramafosa isə sammitdən qayıtdıqdan sonra həkim məsləhəti ilə istirahət etdiyini təsdiqləyib. Onun səhhəti ilə bağlı bu açıqlama BRICS sammitində baş verdiyi iddia edilən hadisə ilə əlaqələndirilməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki