Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Taif şəhəri üzərində husilərə məxsus pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, dronun vurulmasından sonra yerə düşən qalıqlar nəticəsində bir Yəmən vətəndaşı həyatını itirib.
Hadisə zamanı bir səudiyyəli qadın və Pakistan vətəndaşı da yaralanıb. Pakistan vətəndaşının vəziyyətinin ağır olduğu bildirilir.
Bundan başqa, hadisə nəticəsində bir neçə bina və nəqliyyat vasitəsinə ziyan dəyib.
Rauf
























