ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi 7 oktyabr 2023-cü il hadisələrinin miqyasını ABŞ əhalisinə nisbətdə müqayisə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Hakabi bildirib ki, ABŞ-da 7 oktyabr hadisələrinə bənzər hücum əhali nisbətinə uyğun miqyasda baş versəydi, bir gündə təxminən 40 min ABŞ vətəndaşının öldürülməsinə bərabər olardı.
Onun sözlərinə görə, bu halda təxminən 10 min nəfərin də girov götürülməsi, aclıq, zorakılıq və digər pis rəftara məruz qalması, həmçinin iki ilədək tunellərdə qaranlıq şəraitdə saxlanılması ilə nəticələnərdi.
Jalə
























