image-7swnqkdr2y8vrcbdqbo2npmmnakwqocmyj1wzgirbackend

Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanını Fələstin məsələsində ittiham edib

Yəməndə husilərin lideri Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanını Fələstin məsələsində İsrailə dəstək verməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, əl-Husi Səudiyyə Ərəbistanına müraciətində “Fələstin məsələsi üçün əslində nə etmisiniz?” sualını ünvanlayıb.

O iddia edib ki, Səudiyyə Ərəbistanı İsrailə silah tədarükünü maliyyələşdirmək üçün trilyonlarla dollar vəsait təqdim edib. Əl-Husinin sözlərinə görə, Ər-Riyad həmçinin neft tədarük edib və İsrail təyyarələri Fələstin əhalisinə qarşı hücumlar zamanı həmin yanacaqdan istifadə edib.

Husi lideri müqəddəs məkanlar üçün “əsl təhlükənin yəhudi-sionist düşmən” olduğunu iddia edib və İsrailin bununla bağlı planlarının açıq olduğunu bildirib.

O, həmçinin Səudiyyə Ərəbistanını diqqəti “Fələstin xalqını və müqəddəs məkanları müdafiə etməkdə daha səmimi və fədakar olanlardan” yayındırmağa çalışmaqda ittiham edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki