image-dc7e9608-9p6xl0jgrf66z5s93h74qebackend

Əbdülməlik əl-Husi: Səudiyyə Ərəbistanı Yəmənə qarşı mühasirəni davam etdirir

Husilərin lideri Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanını Yəmənə qarşı təzyiq və məhdudiyyətləri davam etdirməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əl-Husinin sözlərinə görə, hava limanlarının bağlanması və idxal olunan mallara “ədalətsiz məhdudiyyətlər” tətbiq edilməsi əsas problemlərdən biri olaraq qalır.

O bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı mühasirəni və ölkə əhalisinə təzyiqi davam etdirir.

Husi lideri əlavə edib ki, “yalan təbliğat və ağır ittihamlar” Yəmən xalqına qarşı Səudiyyə Ərəbistanının apardığı kampaniyanın mühüm hissəsi olub və məqsəd xalqın imicini təhrif etməkdən ibarət olub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki