Husilərin lideri Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanının Yəmən husilərinin Məkkəni hədəfə alması ilə bağlı ittihamlarını rədd edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əl-Husi bu ittihamları “böyük, çirkin və son dərəcə utancverici yalan” adlandırıb.
O bildirib ki, bəzi ölkələr müqəddəs məkanlarla bağlı narahatlıq ifadə etsə də, eyni zamanda müsəlmanların müqəddəs dəyərlərindən uzaqlaşır və İslam ümmətini müdafiə etməkdə uğursuzluğa düçar olurlar.
Husi lideri həmin ölkələrin Səudiyyə Ərəbistanı rejimi ilə münasibətlərinin maddi maraqlara və neft gəlirlərinə əsaslandığını iddia edib.
Rauf
























