Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
İNFOAZ.MEDİA xəbər verir ki, danışıq Çin Prezidenti Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 24-də keçirilməsi gözlənilən görüş ərəfəsində baş tutub.
Vanq Yi bildirib ki, Çin və ABŞ “bərabərlik, hörmət və qarşılıqlılıq” ruhunda yüksək səviyyəli təmasların növbəti mərhələsinə hazırlaşmalıdır.
Çinli nazir iki ölkə arasında kommunikasiyanın və əməkdaşlığın gücləndirilməsinin, eləcə də fikir ayrılıqlarının idarə olunmasının vacibliyini vurğulayıb.
Rauf
























