image-images-26backend

Mayk Pens: “Donald Tramp təkcə prezidentim deyil, həm də dostum idi”

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Donald Tramp haqqında danışaraq onunla yaxın münasibətlərinin olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pens Trampın onun üçün təkcə prezident deyil, həm də dost olduğunu deyib.

“Biz illər ərzində həqiqətən də yaxın iş münasibəti qurmuşduq. Bəzi insanlar bizim bir qədər fərqli olduğumuzu düşünür”, – deyə Pens bildirib.

O əlavə edib: “Əslində insanlara deyirdim ki, fikirləşəndə görürsünüz ki, çoxlu sıfırları çıxmaq şərtilə Donald Trampla mənim çoxlu ortaq cəhətlərimiz var.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki