image-5863819300936814370backend

Səudiyyə Ərəbistanı Çindən İranı husilərə təzyiq göstərməyə çağırmasını istəyib

Səudiyyə Ərəbistanı Çindən İranı husilərin Yəmənin Qırmızı dəniz sahilləri və Bab əl-Məndəb üzərində nəzarəti ələ keçirməsindən sonra onları məhdudlaşdırmağa çağırmasını istəyib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Reuters”ə danışan üç İran mənbəsinin sözlərinə görə, Pekin bu mesajı Tehrana çatdırıb. Bunun Çinin ictimai şəkildə tərəfləri təmkinli olmağa çağırmasından daha irəli getdiyi bildirilib.

Məlumata görə, İranın cavabı belə olub ki, regional sabitliyin təmin olunması ilk növbədə ABŞ-İsrailin İrana qarşı müharibəsinin dayandırılmasından asılıdır.

Mənbələr bildiriblər ki, Çin İrana qarşı hər hansı təhdid səsləndirməyib və Tehrana iqtisadi təsir imkanlarından istifadə etməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki