Donald Tuskbackend

Karni və Tusk ölkələrinin beynəlxalq qərarlardakı mövqeyindən danışıblar

Kanadanın Baş naziri Mark Karni ölkəsinin dil, mədəniyyət və beynəlxalq əməkdaşlıq məsələlərində müstəqil qərarlar qəbul edəcəyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Karni kanadalıların “heç kimin hansı dildə danışacaqlarını deyə bilməyəcəyi, mədəniyyətlərini və beynəlxalq səviyyədə hansı ölkələrlə sazişlər bağlayacaqlarını diktə edə bilməyəcəyi” mövzusunda həmrəy olduğunu deyib.

Polşanın Baş naziri Donald Tusk isə ölkəsinin qəbul edilən qərarlarda iştirakının zəruri olduğunu bildirib.

“Bizim hansı sərhədlərə malik olduğumuzu bilirsiniz, buna görə də Polşanın iştirakı zəruridir. Bəzən istərdim ki, Polşa bu qərarlarda bu qədər çox iştirak etməsin. Lakin siyasətdə zamanı və məkanı siz seçmirsiniz”, – deyə Tusk qeyd edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki