ABŞ sakini Devid Balasa sevgilisi Heyli Vivioraya qeyri-adi şəkildə — köpəkbalıqlarının arasında, su altında evlilik təklifi edib.Hadisə cütlüyün birlikdə səyahəti zamanı baş verib və onların münasibətlərinin ikinci ildönümünə təsadüf edib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, Balasa və Viviora ABŞ-ın bir neçə ştatını əhatə edən bir həftəlik səyahət çərçivəsində Missuri ştatındakı akvariumu ziyarət ediblər. Onlar xüsusi qoruyucu geyimlərdə suya enərək, metal qəfəsin içindən köpəkbalıqlarını müşahidə ediblər.
Su altında olarkən Devid Balasa üzərində köpəkbalığı dişi və evlilik təklifi yazısı olan qutu göstərib. Heyli Viviora təklifi dərhal qəbul edib. Daha sonra Balasa nişan üzüyünü suya salmadığını, onu itirməkdən ehtiyat etdiyini bildirərək üzüyü quru mühitdə sevgilisinə hədiyyə edib.
Qeyd edək ki, bu qeyri-adi evlilik təklifi sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.
Jalə
:max_bytes(150000):strip_icc():focal(535x763:537x765):format(webp)/Haley-Wiewiora-David-Balasa-engagement-5-012126-66de1a4ffbfd47cfa982db3dfbd44b4b.jpg)
























