image-1768317927661-945771433backend

Rusiya üzərində 40 Ukrayna PUA-sı məhv edildi

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hava hücumundan müdafiə sistemləri Rusiyanın bir neçə bölgəsi və Azov dənizi üzərində ümumilikdə 40 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, açıqlamada qeyd olunur ki, 34 PUA Krasnodar diyarı, 4-ü Azov dənizi, 1-i Bryansk vilayəti, 1-i isə Kaluga vilayəti üzərində məhv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki