Kremlin sözçüsü Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib ki, Ankoric sammitində irəli sürülən Ukraynadakı münaqişənin sülh yolu ilə həlli formulunun ərazi komponenti Rusiya üçün xüsusi əhəmiyyət daşıyır.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, Peskov qeyd edib ki, bu mövqe dəyişməz olaraq qalır:
“Bu, heç kimə sirr deyil və bizim ardıcıl mövqeyimizdir. Prezidentimizin mövqeyi ondan ibarətdir ki, ‘Ankoric formulu’nun tərkib hissəsi olan ərazi məsələsi Rusiya tərəfi üçün fundamental əhəmiyyət kəsb edir”.
Daha əvvəl Reuters agentliyi Moskvanın Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda “Ankoric formulu”nu nəzərdən keçirdiyini yazmışdı. Agentliyin məlumatına görə, mümkün razılaşma Rusiyanın bütün Donbas üzərində nəzarətini və digər bölgələrdə cəbhə xəttinin dondurulmasını nəzərdə tutur.
Jalə
























