ABŞ dövlət katibi Marko Rubio Sudandakı vəziyyətlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, Sudan təəssüf ki, bir neçə ölkənin dolayı müharibə apardığı bir arenaya çevrilib. Onun sözlərinə görə, bölgədəki qarşıdurmaların dərinləşməsində xarici güclərin rolu mühüm təsir göstərir.
“Sudan təəssüf ki, bir neçə ölkənin proksi müharibəsinə çevrilib. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqları da vəziyyəti daha da çətinləşdirərək münaqişəni bitirməyimizi çətinləşdirdi”, – deyə Rubio qeyd edib.
O əlavə edib ki, beynəlxalq ictimaiyyətin məqsədi Sudan böhranını diplomatik yollarla həll etmək olmalıdır, lakin regional rəqabətlər prosesə mane olur.
Rauf
























