Qazaxıstan Sülh Şurasına təşkilatın nizamnaməsində göstərilən 1 milyard dollarlıq könüllü maliyyə yardımını etmədən üzv olub.
İNFOAZ.MEDİA xəbər verir ki, Şuraya qoşulmaq üçün yalnız dövlətin suveren qərarı tələb olunur və maliyyə ianəsi üzvlük üçün məcburi deyil. Üzvlük müddəti üç ildir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıb.
Jalə
























