"Qarabağ"a şok -"Liverpul"la oyun öncəsi...backend

“Qarabağ”a şok -“Liverpul”la oyun öncəsi…

Misli Premyer Liqasının XVII turunda “Kəpəz” son Azərbaycan çempionu “Qarabağ”la qarşılaşıb.

İNFOAZ.MEDİA xəbər verir ki, “Azərsun Arena”da keçirilən görüş qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. “Qarabağ” isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. “Qəbələ” isə səfərdə “Şamaxı”nı 4-0 məğlub edib.

XVII tura yanvarın 25-də yekun vurulacaq./axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki